RUSİYA

Rusiya Səhiyyə Nazirliyi koronavirus peyvəndini buraxmağa hazırlaşır

"Biz nəyinki kliniki sınaqları bitirməyə, müəyyən şərtlərdə (paralel olaraq effektivlik, təhlükəsizlik və digər nəzərə olunmalı parametrlər barədə məlumat toplanılmaqla) onu buraxmağa da hazırıq"
Sputnik

BAKI, 22 iyul — Sputnik. Rusiya Səhiyyə Nazirliyi koronavirus peyvəndini buraxmağa hazırlaşır. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

O qeyd edib ki, bu müəyyən şərtlər çərçivəsində baş tutacaq: "Biz nəyinki kliniki sınaqları bitirməyə, müəyyən şərtlərdə (paralel olaraq effektivlik, təhlükəsizlik və digər nəzərə olunmalı parametrlər barədə məlumat toplanılmaqla) onu buraxmağa da hazırıq".

Onun sözlərinə görə, Qamalei adına İnstitutun vaksini avqustun əvvəlində qeydiyyatdan keçə bilər.