BAKI, 22 iyul – Sputnik Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı 322 nəfərdir.
Bu barədə Sputnik Azərbaycan TƏBİB-ə istinadən xəbər verir.
Məlumata görə, hazırda süni tənəffüs cihazında olan xəstələrin sayı 65 nəfərdir.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 805 nəfərdir.