HADİSƏ

Çikaqoda atışma zamanı 14 nəfər yaralanıb

ABŞ-ın İllinoys ştatında atışma olub. Hadisə Çikaqonun cənub hissəsində qeydə alınıb. Atəşi naməlum şəxslər açıblar.
Sputnik

BAKI, 22 iyul - Sputnik. ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində baş verən atışma zamanı xəsarət alanların sayı 14 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə polis rəsmisi Erik Karter bildirib. 

Qeyd edilir ki, yaralılar şəhərin 5 ayrı-ayrı xəstəxanalarına yerləşdirilib və onlara tibbi yardım göstərilib. 

Hadisə Çikaqonun cənub hissəsində qeydə alınıb. Atəşi naməlum şəxslər açıblar.