Ukrayna altı ölkə ilə viza rejimini ləğv edir - dördü ərəb ölkəsidir

Ukrayna avqustun 1-dən Avstraliya, Yeni Zelandiya, Bəhreyn, Küveyt, Oman və Səudiyyə Ərəbistanı vətəndaşları üçün viza rejimini ləğv edir
Sputnik

BAKI, 22 iyul — Sputnik. Ukrayna avqustun birindən altı ölkə ilə viza rejimini ləğv edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı sərəncam imzalayıb.

Məlumata əsasən Ukrayna avqustun 1-dən Avstraliya, Yeni Zelandiya, Bəhreyn, Küveyt, Oman və Səudiyyə Ərəbistanı vətəndaşları üçün viza rejimini ləğv edir. Qərar avqustun birindən qüvvəyə minəcək. Belə ki, adı çəkilən ölkə vətəndaşları 90 günə qədər Ukraynada qala biləcək.