SƏHİYYƏ

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasından daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb.
Sputnik

BAKI, 21 iyul - Sputnik. Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı 332 nəfərdir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilir ki, süni tənəffüz cihazında olan xəstələrin sayı 66 nəfərdir.

Azərbaycanda bu gün koronavirus infeksiyasından daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.