CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədliyyə Nazirliyi jurnalistləri təltif etdi: qaliblərin arasında əməkdaşımız da var

Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda birgə jurnalist araşdırmalarının nəticələri elan olunub.
Sputnik

BAKI, 21 iyul — Sputnik. Ədliyyə Nazirliyi və Mətbuat Şurasınnın birgə jurnalist araşdırmaları müsabiqəsinin nəticələri elan olunub. Sputnik Azərbaycan xəbər verir ki, Ədliyyə Nazirliyi və Mətbuat Şurası tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatların, o cümlədən 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrində dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda birgə jurnalist araşdırmalarının nəticələri elan olunub.

Qaliblər pul mükafatları, sertifikat və hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, təltif olunanlar arasında Sputnik Azərbaycan-ın da əməkdaşı Nigar İsgəndərova da var.