Ukraynada girov dramı hələ də davam edir

Hadisə yerinə texnika cəlb olunub. Ukrayna Prezidenti Vladimir Zelenski hadisə ilə bağlı məlumatlandırılıb.
Sputnik

BAKI, 21 iyul — Sputnik. Ukraynanın Lutsk şəhərində silahlı şəxs avtobusda 20 nəfər sərnişini girov götürüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir

Hələlik insanları girov götürən şəxsin nə istədiyi bilinmir. İnsanları girov götürən şəxsin üzərində silahla yanaşı, partlayıcı qurğu da var.

Hadisə yerinə texnika cəlb olunub. Ukrayna Prezidenti Vladimir Zelenski hadisə ilə bağlı məlumatlandırılıb.