RUSİYA

“Moskva-80: Retro-tube”: Andrey Blaqodırenko 80-ci ilin Olimpiadası haqqında

“Rossiya Seqodnya” BİA-nın baş redaktorunun müavini Andrey Blaqodırenko Sputnik informasiya agentliyi və radiosunun “Moskva-80: Retro-tube” adlı xüsusi layihəsindən danışıb.
Sputnik

13 redaksiya birlikdə SSRİ-də keçirilən XXII Yay Olimpiya Oyunlarının 40 illiyinə həsr edilmiş multimedia materiallarının silsiləsini hazırlayıblar. Bu irimiqyaslı layihə üzərində işləyərkən nadir foto video materiallardan istifadə edilib. Jurnalistlər isə Olimpiadanın iştirakçıları və şahidlərindən müsahibə götürüblər – idmançı və vəzifəli şəxslərdən tutmuş, ölkənin tarixində baş vermiş ən böyük idman tədbirində iştirak etmiş təhlükəsizlik işçilərinə qədər. Moskva Olimpiadasına dövlət nə qədər pul xərcləyib? Sovet medalçıları aldığı qonorara özləri üçün nə alırdılar? KQB hansı əməliyyatları keçirib? Ateist SSRİ-də mömin idmançılar dua edə bilirdilərmi? “Moskva-80: Retro-tube” layihəsi bütün bu suallara cavab tapmağa çalışacaq.