RUSİYA

Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə edib

Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, Minsk qrupunun həmsədrlərinin əqidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub
Sputnik

BAKI, 21 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın və Ermənistanın bu ölkədəki səfirlərii Polad Bülbüloğlu və Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Görüşdə Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin əqidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub", - məlumatda bildirilib.