BAKI, 21 iyul — Sputnik. Müasir KİV-lərin işində mühüm istiqamətlərdən biri də reklamdır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinar bu mövzuya həsr olunub.
"Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar" mövzusunda onlayn-sessiyasının spikeri "Rossiya seqodnya" BİA-nın kompleks media məhsulları şöbəsinin aparıcı redaktoru Yelena Kostomarovadır.
Vebinar zamanı Yelena Kostomarova KİV-də brend kontentin xüsusiyyətləri və perspektivləri haqqında danışacaq, həmçinin xüsusi uğurlu nativ layihələrin yaradılması formulunu təqdim edəcək.
"Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar" mövzusunda vebinar 24 iyul tarixində, Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək.
Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər və fotoqraflar Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.
SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.
SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.
SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.