FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bizə olmasa da, onlara olar: Qızmar günəş altında

Sputnik

"Çox təəssüf ki, biz çimərliklərin açılmasına hələ hazır deyilik". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri iyulun 20-də Nazirlər Kabineti yanında Operativ Qərərgahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov söyləyib.

O, bildirib ki, çimərliklərin fəaliyyəti ilə bağlı üç risk faktoru var: "İlk risk çimərliklərdə məsafənin saxlanılması ilə bağlıdır. Çimərliklərdə sosial məsafənin saxlanılması çətindir. İkinci risk odur ki, çimərliklərə gedənlər ümumi yerdən çörək və su alırlar. 3-cü risk ondan ibarətdir ki, çimərliklərə  müxtəlif rayonlardan insanlar gəlirlər. Bu da virusun bütün rayonlarında yayılmaya səbəb olur. Biz əmin olsaq ki, biz təhlükəsiz formada mümkün olacaq, avqustun 5-dən sonra bu məsələlərə baxıla bilər".

Lakin bir sıra dünya ölkələrində çimərliklər artıq insanların ixtiyarına verib. Həm də bu müxtəlif qitələrdə baş verir. Və insanlar yayın ləzzətini çıxarırlar.

Sputnik Azərbaycan dünyanın müxtəlif yerlərindəki çimərliklərdən çəkilmiş kadrları sizə təqdim edir, lakin kövrəlmək lazım deyil. 

1 / 12
Avropanın şimalında İngiltərədə də yay pis keçmir
2 / 12
Qəzza haqqında ancaq ölüm-itim xəbərləri dərc edirik, oranın başqa tərəfi də var imiş
3 / 12
İspaniyada çiməriklərin birində
4 / 12
Qəzzada çiməriklərin birində
5 / 12
İspaniyadakı bu kişi maska ilə qorunmağı lap ələ salıb
6 / 12
Turistlərin ən çox təriflədikləri yerlərdən biri - Malyorka
7 / 12
Lissabonda çiməriklərin birində
8 / 12
İspaniyada çiməriklərin birində
9 / 12
Seneqalın paytaxtı Dakarda çiməriklərin birində
10 / 12
Okeanın o tayı: Kaliforniyada çiməriklərin birində
11 / 12
İspaniyada çiməriklərin birində
12 / 12
Bura isə İspaniyanın Barselona şəhərinin çimərliyidir