CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban bayramı ilə bağlı tədbirlər planı hazırlanır

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bayramın bayram əhval-ruhiyyəsində keçirilməsi üçün xüsusi tədbirlər hazırlanır, bu barədə əhaliyə məlumat veriləcək.
Sputnik

BAKI, 20 iyul – Sputnik. “Qurban bayramı ilə bağlı müvafiq tədbirlər planı hazırlanır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bayramın bayram əhval-ruhiyyəsində keçirilməsi üçün xüsusi tədbirlər hazırlanır, bu barədə əhaliyə məlumat veriləcək.