RUSİYA

Putin "Ölməz alay" yürüşünün təxirə salınmasına razılıq verdi

Tədbiri təxirə salmaq təklifi ilə SSRİ-nin Xalq artisti və "Rusiyanın ölməz alayı" hərəkatının Mərkəzi Qərargahının həmsədri Vasiliy Lanovoy təklif edib
Sputnik

BAKI, 20 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Ölməz alay" yürüşünün 2021-ci ilə qədər təxirə salınmasına razılıq verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Nə qədər istəməsəm də, lakin bu tədbiri gələn ilə qədər təxirə salmağa məcbur olacağıq", - deyə Putin qeyd edib.

Prezident söz verib ki, aksiya "geniş, güclü, layiq və gözəl" şəkildə keçiriləcək.

Tədbiri təxirə salmaq təklifi ilə SSRİ-nin Xalq artisti və "Rusiyanın ölməz alayı" hərəkatının Mərkəzi Qərargahının həmsədri Vasiliy Lanovoy təklif edib.

Bu il koronavirus pandemiyası ilə bağlı tədbir Qələbə günündə onlayn-rejimdə keçirilib. Tədbirdə 3 milyon insan iştirak edib, daha 25 milyon insan isə ona canlı baxıb.