BAKI, 20 iyul — Sputnik. Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin qiyməti 0,30 dollar geriləyərək 42,84 dollar, "Light" markalı neftin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 40,33 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti isə ötən həftə ərzində 1,2% artaraq orta hesabla 44,68 dollara bərabər olub.