CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus xəstələri digər vətəndaşları belə yoluxdurur

Bəzi hallarda vətəndaşlar hərarətlərini parasetamolla aşağı salaraq evdən çıxırlar. Beləcə də xəstəliyi digər vətəndaşları yoluxdururlar.
Sputnik

BAKI, 20 iyul — Sputnik. "Bəzi hallarda vətəndaşlar hərarətlərini parasetamolla aşağı salaraq evdən çıxırlar".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov  söyləyib.

O, bildirib ki, koronavirusa yoluxmuş şəxslərin xəstə olduğunu bilə-bilə evdən çıxması barədə məlumatlar var: "İnsanlar xəstə halda evdən çıxmamalıdırlar. Bəzi hallarda vətəndaşlar hərarətlərini parasetamolla aşağı salaraq evdən çıxırlar. Beləcə də xəstəliyi digər vətəndaşları yoluxdururlar. Hər kəsdən qaydalara riayət edilməsini xahiş edirik".