SƏHİYYƏ

COVID-19-a yoluxan həkim ECMO cihazına qoşulub, vəziyyətində cüzi dəyişiklik var

"Cavid Paşayevin vəziyəti ağır və stabildir. Səhhəti müalicəyə az da olsa müsbət reakiya verir" - Ədalət Rüstəm
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərabcyan

BAKI, 20 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, artıq 10 gündən artıqdır ki, Azərbaycan Tibb Universitetinin həkim-anestezioloqu Cavid Paşayev COVID-19-a yoluxub. Vəziyyəti ağır olan həkim artıq ECMO cihazına qoşulub.

Həkimin son vəziyyəti ilə bağlı isə ATU-nun dossenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a məlumat verib: "Məndə olan məlumata görə, həkimin vəziyəti ağır və stabildir. Səhhəti müalicəyə az da olsa müsbət reakiya verir. Süni tənəffüs aparatına qoşulan Cavid Paşayev artıq ECMO cihazına da qoşulub".