Qoşa Qala tarixi abidə yarım əsrdən çox idi ki, bərpa üzünə həsrət qalmışdı. Bu Qala qapıları 19-cu əsrin ortalarınadək Şamaxı Darvazası adlandırılıb, çünki məhz Qala qapılarının şimal tərəfindən insanlar o vaxtlar Şirvanşahların paytaxtı olan Şamaxı şəhərinə səyahət edə bilirdilər.
Qapılar üzərində sonra bərpa işləri ötən əsrin 50-ci illərində aparılıb. Zədələnmiş daşlar sadəcə boz sement əsasında məhlulla örtülürdü və daşlar məhv olmağa davam edirdi. İki il bundan öncə isə bərpa və konservasiya işləri başlayıb.
İlk növbədə ən son texnologiyalar vasitəsilə qara gips qabıqlar aradan qaldırılıb. İşləri “Atelier Erich Pummer GmbH” adlı İsveç şirkəti aparıb.