CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AzTV-nin operatoru və “Yuğ” teatrının keçmiş direktoru da COVID-19-un qurbanı oldular

AzTV-nin veteran operatoru Abasağa İmanovun 74, YUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilovun 69 yaşı olub
Sputnik

BAKI, 20 iyul – Sputnik. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

Azərbaycanda koronavirusa təkrar yoluxma qeydə alınmayıb

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib: "AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".

YUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov vəfat edib. Bu barədə mərhumun qardaşı, professor İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, 69 yaşlı Cəbrayıl İsrafilov bu gün koronavirusdan vəfat edib.

Mərhum sabah dəfn ediləcək.

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb.