Türkiyədə koronovirusdan sağalananların sayı 200 mini keçdi

Ölkədə 918 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 218 717 nəfərə çatıb. Koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 179 nəfər olmaqla 201 013 nəfər təşkil edir.
Sputnik

BAKI, 19 iyul – Sputnik. Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 475 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 918 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 218 717 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 179 nəfər olmaqla 201 013 nəfər təşkil edir.