Roma Papası Azərbaycan və Ermənistana çağırış edib

O, ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər.
Sputnik

BAKI, 19 iyul - Sputnik. Roma Papası I Fransısk, son günlər Ermənistan və Azərbaycan sərhədində yaranan gərginliklə bağlı çağırış edib.

RİA Novosti bildirir ki, Roma Papası son günlər baş verənlərdən narahat olduğunu deyib:

"Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm".

Papa son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər.