“Əmlak bazarında tələbin azalması qiymətlərə də təsir göstərib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu əmlak eksperti Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, ay ərzində qiymətlərdə azalmalar qeydə alınıb:
“Bu ilin mart ayından etibarən ötən il qeydə alınmış artımların azalması müşahidə edilir və qiymət artımı sıfıra yaxınlaşır. Pandemiyanın ilin sonuna qədər davam edəcəyi ehtimal edilir. Bunun nəticəsində qiymətlərdə daha da azalmaların olması qaçılmaz olacaq. Qiymətlərin nə qədər azalması isə pandemiyanın müddətindən və karantinin dərinliyindən asılı olacaq”.
Nüsrət İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz