CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ciddi azalma - Azərbaycanda 388 yeni yoluxma qeydə alınıb

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusdan sutka ərzində vəfat edənlərin statistikasını açıqlayıb.
Sputnik

BAKI, 19 iyul - Sputnik. Azərbaycanda daha 517 nəfər koronavirusdan sağalıb, 5 nəfər isə vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutka ərzində ölkədə daha 388 yeni yoluxma qeydə alınıb.

Azərbaycanda indiyədək ümumilikdə 27 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Qeyd edilir ki, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Məlumata görə, son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095, ümumilikdə isə 627 881 test aparılıb.