HADİSƏ

ABŞ-da polis şəhərin küçələrində dolaşan kenqurunu saxlayıb - VİDEO

Kenqurunun adı Cekdir. Heyvanın sahibi Entoni Makias hesab edir ki, qapını pis bağlayıb və kenquru çölə çıxıb.
Sputnik

BAKI, 19 iyul — Sputnik. Florida ştatında polis əməkdaşları ictimai yerdə dolaşan kenqurunu saxlayıblar.

Kenquru Ford-Loderdeyl şəhərinin şimal-şərq hissəsində qaçırmış. Onu görən şahidlər polisə xəbər veriblər. Onlardan biri heyvanın saxlanılmasını videoya çəkib.

Kadrlarda zabitlərin planlı işlədiyi görünür. Onlar kenqurunu evsiz itlər tutulanda istifadə olunan alqoritmlə saxlayıblar.

Kenqurunun adı Cekdir, onun sahibi artıq tapılıb. Heyvanın sahibi Entoni Makias hesab edir ki, qapını pis bağlayıb və kenquru çölə çıxıb.