SƏHİYYƏ

İstidə spirtli içki içməyin ziyanları

Ancaq ən təhlükəlisi budur ki, istilik vurması əlamətləri - quru ağız, baş ağrısı, ürək bulanması - alkoqol zəhərlənməsi əlamətləri ilə qarışdırıla bilər.
Sputnik

BAKI, 19 iyul — Sputnik. Elm adamlarının fikrincə, havanın tenpraturu 35 C-dən yüksək olduğu təqdirdə spirtli içki içmək sağlamlıq üçün təhlükəlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, narkoloq-həkim Anton Poddubnının sözlərinə görə, hava isti olduğu zaman orqanizm əksinə işləyir. Ürək-damar sisteminə güc düşür və insan güclü şəkildə tərləməyə başlayır.

Karantinin faydaları: Qırğızlar Azərbaycan dilini öyrənirlər

Spirt içdikdən sonra termorequlyasiya prosesi pozulduğu üçün dehidrasiya öz-özünə baş verir.

Bu zaman güclü intoksikasiya əlamətləri yaranır ki, onun fəsadlarından can qurtarmaq uzun zaman alır.

Ancaq ən təhlükəlisi budur ki, istilik vurması əlamətləri - quru ağız, baş ağrısı, ürək bulanması - alkoqol zəhərlənməsi əlamətləri ilə qarışdırıla bilər.

Bu zaman bədən çox miqdarda spirti yüksək temperaturda və susuzlaşdırma ilə emal edir.

"Bəziləri hesab edirlər ki, az miqdarda spirtli içki sərinləşməyə kömək edir. Bu kifayət qədər səhv fikirdir. Bəli, sərinləmə effekti verir. Ancaq bundan sonra bədən temperaturu yüksəlir və susuzluq hissi yaranır", - deyə həkim bildirib.

O, isti havalarda spirtsiz kompotlar, şirələr və qazlı su içməyi məsləhət görüb.