Arxada qoyduğumuz həftə bir sıra hadisələrlə zəngin oldu. Azərbaycan-Ermənistan sərhədində vəziyyət hələ də gərin olaraq qalmaqdadır. İyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun mövqelərini artilleriya sistemlərindən atəşə tutublar. Atəş nəticəsində həm hərbçilər, həm dinc sakinlər arasında itkilər var, kənd sakinlərin evlərinə zərər dəyib.
Cənub-Şərqi Asiyada davam edən leysan yağışları regionun bir çox ölkələrində təbii fəlakətə səbəb olub. Çində ümumi əhalisinin sayı 34 milyon nəfər olan bölgədə ərazi su altında qalıb. Bəndin dağılması nəticəsində avtomobil yolları sıradan çıxıb, bu da evakuasiyanı çətinləşdirir.
Sputnik Azərbaycan sizə dünyanın ötən həftə hansı hadisələrlə yaşadığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif ölkələrindən çəkilmiş fotoları təqdim edir.