MƏDƏNİYYƏT

Azərbaycanlı müğənni karantini gözləməkdən yoruldu və ərə getdi

Məşhur müğənni Sevda Yəhyayeva taleyini seçdiyi şəxslə birləşdirib, doğmalarının və dostlarının iştirakı ilə olacaq toy şənliyini isə karantin bitirdikdən sonra keçirməyi planlaşdırır.
Sputnik

BAKI, 18 iyul-Sputnik, Kəmalə Əliyeva. Tanınmış azərbaycanlı müğənni Sevda Yəhyayeva koronavirus pandemiyası ilə bağlı karantinin sona çatmasını gözləməmək qərarına gəlib və ərə gedib. O, özü bu barədə Sputnik Azərbaycan-a bildirib.

İfaçı bu ilin mart ayında nişanlanıb və bir ay sonra toy etməyi planlaşdırıb. Lakin onun planlarına koronavirus pandemiyası mane olub. Yəhyayeva karantinin uzadılması səbəbindən nikah tarixini bir neçə dəfə ertələmək məcburiyyətində qalıb.

"Biz evlənmək qərarına gəldik və toy məclisini isə karantin bitəndən sonra edəcəyik. Mən qərara aldım ki, artıq nikahı təxirə salmağın heç bir mənası yoxdur. Çünki hər dəfə evlənmək növbəsinin bizə çatmasını gözləməli oluruq.  İndi biz rəsmi olaraq evliyik, yalnız qohumlarımızı və dostlarımızı toplayaraq toy etmək qalır. Tarix hələlik məlum deyil", - Yəhyayeva qeyd edib.

Xatırladaq ki, müğənni gələcək həyat yoldaşı ilə İnstagram sosial şəbəkəsində tanış olub.

Sevda Yəhyayeva "yeni ulduz"musiqi layihəsində iştirak etdikdən sonra məşhurlaşıb. Müsabiqə başa çatdıqdan sonra o, solo karyerasına başlamaq qərarına gəlib və bu karyeranı indiyə qədər uğurla davam etdirir.