HADİSƏ

Abşeronda mənzildə meyit tapıldı - 60 yaşlı kişi evində öldü

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qocayev Oktay Mirzəcan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Sputnik

BAKI, 18 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qocayev Oktay Mirzəcan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.