İQTİSADİYYAT

Professor: “İqtisadiyyatın rəqəmsallaşması günün tələbidir”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, rəqəmsallaşmanın tətbiq sahələri ilk növbədə istesalah sahələri ilə bağlı olmalıdır
Sputnik

“Rəqəmsallaşmanın bütünlüklə iqtisadiyyatda tətbiqi günün tələbidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, rəqəmsallaşma prosesindən imtina etmək qeyri-mümkündür:

“Dövlət tərəfindən bu prosesin düzgün idarə edilməsi məhsuldarlığın artımına səbəb ola bilər. Proses eyni zamanda biznes mühitində çevikliyin və şəffaflığın möhkəmlənməsinə imkan yaradacaq. Rəqəmsallaşmanın tətbiq sahələri ilk növbədə istehsal sahələri ilə bağlı olmalıdır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz