ABŞ-da on yeddi ildən sonra bir ilk həyata keçdi

Edam edilən şəxs İndianada yerləşən Terre Hot həbsxanasında saxlanılan 47 yaşlı Daniel Levis Li olub.
Sputnik

BAKI, 18 iyul — Sputnik. 17 ildən sonra ilk dəfə ABŞ-da, federal yurisdiksiyada olan bir məhkum edam edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Ali Məhkəməsi yaxın günlərdə federal həbsxanalarda edamların həyata keçirilə biləcəyinə dair qərar verib.

Qurum əvvəllər aşağı məhkəmə tərəfindən təyin edilmiş gecikməni ləğv edib.

İlk edam edilən şəxs İndianada yerləşən Terre Hot həbsxanasında saxlanılan 47 yaşlı Daniel Levis Li olub.

Onu iynə vuraraq edam ediblər.

1999-cu ildə Lee silah satıcısı və ailəsinin üzvlərinin qətlində ittiham edilib. İttiham tərəfi, müttəhimin ağ irq nümayəndələrindən ibarət bir cəmiyyət qurmağı hədəfləyən olduğunu sübut edib. Edamdan əvvəl kişi günahsız olduğunu bildirib.

Xatırladaq ki, may ayında ilk dəfə Sinqapurun Ali Məhkəməsi "Zoom" vasitəsilə edam qərarı verib.