Müdafiə Nazirliyi: Yaralıların xeyli hissəsinin müalicəsi yekunlaşıb

Vaqif Dərgahlı: "Onların əksəriyyətinin qısa müddətdə müalicəsi yekunlaşıb və sıralarımıza qayıdanlar da var. Digərlərinin isə müalicəsi həkim nəzarəti altında davam etdirilir"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. "Hadisələr vaxtı yaralılarımız da olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, yaralılar hərbi tibb müəssisələrində müalicə alırlar: "Onların əksəriyyətinin qısa müddətdə müalicəsi yekunlaşıb və sıralarımıza qayıdanlar da var. Digərlərinin isə müalicəsi həkim nəzarəti altında davam etdirilir".