HADİSƏ

Tanınmış müğənnimizin 20 yaşlı oğlu qəzada öldü

Qeyd edək ki, Rəhim Həsənov Türkiyədə təhsil alırdı. İfaçının bundan başqa orta məktəbdə oxuyan bir qız övladı da var.
Sputnik

BAKI, 18 iyul — Sputnik. Müğənni İbrahim Borçalının oğlu qəzada ölüb.

Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin övladı Rəhim Həsənov ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

Qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş verib. Hadisə zamanı iki nəfər ölüb, onlardan biri 20 yaşlı R.Həsənovdur.

İfaçının dostu, aparıcı Leyla Mustafazadə ölüm xəbərini "Qafqazinfo"ya təsdiq edib.

Qeyd edək ki, Rəhim Həsənov Türkiyədə təhsil alırdı. İfaçının bundan başqa orta məktəbdə oxuyan bir qız övladı da var.