VİDEO

Koronavirus peyvəndini özündə sınamış könüllülər artıq xəstəxanadan çıxıblar

Rusiyanın koronavirusa qarşı hazırlanmış peyvəndin sınaqlarında iştirak etmiş ilk könüllülər artıq Burdenko adına hərbi xəstəxanadan çıxıblar.
Sputnik

28 gün ərzində tibb işçiləri iştirakçıların bədənlərinin peyvəndə reaksiyasını müşahidə ediblər və belə bir nəticəyə gəliblər ki, peyvənd təhlükəsizdir və heç bir ciddi mənfi reaksiyalara səbəb olmur.

ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb

Xəstəxanadan çıxmazdan öncə bütün könüllülərdən qan analizləri götürülüb və onlar göstərib ki, onların bədənləri artıq koronavirusa qarşı anticisim və immunitet istehsal etməyə başlayıb.

Buna baxmayaraq, mütəxəssislər xəbərdar edir ki, infeksiya üzərində qələbəni qeyd etməyə hələ tezdir. Preparat hələ öz effektivliyini sübut etməlidir. Sınaqların növbəti mərhələlərində tibb işçiləri peyvənd sınaqlarında iştirak etmiş insanlarda formalaşmış immunitetin effektivlik müddətini sınayacaqlar. Bundan başqa, preparatın istehsala buraxılma müddəti sualı gündəmdədir. Mütəxəssislərin sözlərinə görə, peyvəndin kütləvi istehsalı yalnız Səhiyyə Nazirliyi tərəfindən təsdiqindən bir neçə ay sonra başlaya bilər.