RUSİYA

Peskov Putinlə Ərdoğanı müqayisə edib

Putin və Ərdoğan bu planda bir-birinə çox oxşardırlar və onlar çox, çox çətin məsələlərdə həll yolunu tapırlar.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Rusiya və Türkiyə Prezidentləri bir-birinə bənzəyir və ona görə də onlar çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, danışıqlar zamanı Vladimir Putin konkret sualları ortaya qoyur, daha sonra söz verdiyi sözü dərhal yerinə yetirir: "Putin və Ərdoğan bu planda bir-birinə çox oxşardırlar və onlar çox, çox çətin məsələlərdə həll yolunu tapırlar".

Onun sözlərinə görə, bu, Suriya probleminə də aiddir.