Paşinyan: "Bakı ilə danışıqların alternativi yoxdur"

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumət Başçılarının iclasında iştirakla bağlı Minskdə səfərdədir.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Ermənistan – Azərbaycan sərhədində vəziyyətin nizamlanması üçün Bakı ilə sülh danışıqlarından başqa alternativ yoxdur. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus paytaxtı Minskdə bildirib.

"Münaqişənin güc yolu ilə həlli yoxdur və sülh danışıqlarının alternativi yoxdur. Bu isə regionun bütün xalqlarının maraqlarına cavab verir", - deyə Ermənistan Baş naziri Azərbaycanla sərhəddəki vəziyyəti şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumət Başçılarının iclasında iştirakla bağlı Minskdə səfərdədir.

Onun ölkədə olmadığı vaxt baş nazir səlahiyyətlərini müavini Tiqran Avinyan icra edəcək.