Ərdoğan: "Minsk qrupu 30 ildir ki, Qarabağ problemini həll edə bilmir"

Bu hücumlar nəticəsində Azərbaycan da hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb.
Sputnik

BAKI, 17 iyul — Sputnik. "Minsk qrupunun həmsədri olan üç ölkə 25-30 ildir ki bu məsələni həll edə bilmir. İşin bu nöqtəyə gələcəyi bəlli idi". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Minsk qrupunun həmsədri olan üç ölkə 25-30 ildir ki, bu məsələni həll edə bilmir. İşin bu nöqtəyə gələcəyi bəlli idi. Hazırda Ermənistan davamlı şəkildə Azərbaycanın mülki əhali yaşayan ərazilərini atəşə tutur. Bu hücumlar nəticəsində Azərbaycan da hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb. Bu məsələdə Azərbaycanın yanındayıq. Biz təbii ki, Azərbaycanı yalnız buraxmarıq, sonuna qədər də dəstək verməyə davam edəcəyik. Mən cənab Əliyevlə təmasları davam etdirirəm. Sonuncu dəfə dünən oradan bir heyət Türkiyəyə gəlib. Bizim bir sıra rəsmilərimizlə görüş keçiriblər. Mən də onlarla telefonla danışdım. Azərbaycanlı qardaşlarımızın bu gün də yanındayıq, yanında olacağıq", - deyə Ərdoğan vurğulayıb.