Ermənistanda koronavirusa yoluxanların sayı 34 mini keçdi

Gürcüstanda isə daha 4 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1010-a çatıb.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 34001-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 442 nəfər artıb.

Ermənistanda son gündə daha 13 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 620-yə çatıb. Xəstəlikdən sağalanların sayı 22492 olub. Hazırda bu ölkədə 10692 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 4 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1010-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 13,8 milyonu keçib, 589 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.