CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “İmtahanların təxirə salınması şagirdlərin nəticələrinə təsir göstərəcək”

Təhsil eksperti Kamran Əsədov deyir ki, iyul ərzində imtahanların birinci mərhələsini yekunlaşdırmaq olar
Sputnik

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 20-dən sonra növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsini nəzərdə tutur. İmtahanlarla əlaqədar tədbirlər planı DİM-in Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, uzun müddət ərzində imtahanların keçirilməməsi şagirdlər arasında psixoloji gərginlik yaradır:

“İmtahanların keçirilməməsi mövcud pandemiya səbəbindən olsa da, dünya təcrübəsindən istifadə edərək təşkil edilməsi mümkündür. İmtahanların təxirə salınması şagirdlərin nəticələrinə təsir göstərəcək. Hesab edirəm ki, iyul ərzində imtahanların birinci mərhələsini yekunlaşdırmaq olar. Bundan sonra bütün şagirdlər bərabər şəkildə ikinci mərhələ üçün hazırlaşa bilərlər”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz