CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb

Vətəndaşlar ərizələrində ən çox nikahın pozulması səbəbləri kimi xasiyyətlərinin tutmamasını, uşaqlarının olmamasını və qısqanclığı qeyd ediblər.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Bu ilin 6 ayında ən çox boşanma səbəblərinin nələr olduğu məlum olub.

Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, cari ilin 6 ayı ərzində qeydiyyat şöbələrində nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar ərizələrində ən çox nikahın pozulması səbəbləri kimi xasiyyətlərinin tutmamasını, uşaqlarının olmamasını və qısqanclığı qeyd ediblər.