Azərbaycan nefti 45 dolları keçib

"Brent" markalı neftin qiyməti 0,11 dollar geriləyərək 43,26 dollar, "Light" markalı neftin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 40,71 dollar təşkil edib.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 45,06 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,11 dollar geriləyərək 43,26 dollar, "Light" markalı neftin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 40,71 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.