HADİSƏ

Neftçalada dəhşətli faciə: Qadın traktorun altında qalaraq, öldü

Ərəbqardaşbəyli kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Zeynəb Heydər qızı traktorun təkəri altında qalaraq ölüb.
Sputnik

BAKI, 16 iyul – Sputnik. Neftçalada qadın faciəli şəkildə dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Zeynəb Heydər qızı traktorun təkəri altında qalaraq ölüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.