CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında olub

Bu yarımstansiya Sabunçu, Binəqədi, Nərimanov və Nizami rayonlarında yerləşən bir sıra mövcud və tikilməsi planlaşdırılan iri infrastruktur obyektlərinin, sosial-sənaye müəssisələrinin və əhalinin elektrik təchizatını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.
Sputnik

BAKI, 16 iyul – Sputnik. İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni tikilən “Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım yarımstansiya ilə tanış oldular.

“Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyanın texniki göstəriciləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

Bildirildi ki, yeni tikilən “Böyükşor” yarımstansiyasının gərginliyi 220/110/10 kV, gücü isə 750 MVA-dır. Yarımstansiyanın müasir idarəetmə sistemi ilə təchiz edilən mərkəzi idarəetmə otağında iş prosesinə real zaman rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə micro-SCADA sistemi quraşdırılıb.

İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında olub

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Bu yarımstansiya paytaxtın Sabunçu, Binəqədi, Nərimanov və Nizami rayonlarında yerləşən bir sıra mövcud və tikilməsi planlaşdırılan iri infrastruktur obyektlərinin, sosial-sənaye müəssisələrinin və əhalinin dayanıqlı elektrik təchizatını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.

“Böyükşor” yarımstansiyası Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq xətlərin və yarımstansiyaların yüklənməsini aradan qaldıracaq, xətlərdəki itkiləri azaldacaq, enerji qovşağının sxem etibarlılığını və yükötürmə qabiliyyətini artıracaq. Bu yarımstansiya, eyni zamanda, mövcud 110 kilovoltluq yarımstansiyaların qidalanma sxemlərini təkmilləşdirəcək, tikilməsi nəzərdə tutulan yeni 110 kilovoltluq yarımstansiyaların enerji sisteminə qoşulması məsələlərini həll edəcək.

İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında olub

Yeni yarımstansiya qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi də nəzərə alınıb. Yaxın vaxtlara qədər Bakının mərkəz hissəsinin şimal zonasının elektrik enerjisi ilə təchizatı “Xırdalan” yarımstansiyasından çıxan xətlər və 8 yarımstansiya vasitəsi ilə həyata keçirilirdi ki, bu da istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında bəzi çətinliklər yaradırdı. “Böyükşor” yarımstansiyasının istifadəyə verilməsi ilə bu məsələ artıq həllini tapıb. Yarımstansiyada üç müasir transformator quraşdırılıb, mövcud 2-ci “Hövsan” və 3-cü “Ramana” hava xətlərinin yarımstansiyaya giriş-çıxışı təmin edilib. Hazırda “Binəqədi” yarımstansiyasının yüklənməsini azaltmaq və etibarlılığını yüksəltmək məqsədilə bu yarımstansiyaya kabel xətlərinin çəkilişi davam edir.

Qeyd edək ki, son iki ilə qədər Bakıda və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi. Onların dördü istismar müddətini başa vurmuşdu. Ötən iki ildə isə “Böyükşor” yarımstansiyası və “Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilib. Beləliklə, Bakı şəhərindəki 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb. Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli 220 kilovoltluq dörd yarımstansiyadan ikisində - “Müşfiq” və “Xırdalan” yarımstansiyalarında yenidənqurma işləri tamamlanıb, “Nizami” və “Hövsan” yarımstansiyalarında isə işlər yaxın vaxtlarda başa çatdırılacaq.

İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında olub


İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən “Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma yarımstansiya barədə məlumat verilib.

Prezidenti İlham Əliyev yarımstansiyanı işə salıb.