Ermənistana məxsus PUA məhv edilib

Bölmələrimizin sayıqlığı nəticəsində  kəşfiyyat uçuşları keçirməyə cəhd edən PUA dərhal aşkarlanaraq məhv edilib
Sputnik

BAKI, 16 iyul — Sputnik. İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bu barədə Sputnik AzərbaycanMüdafiə Nazirliyinə istinadən xəbər verir.

Bölmələrimizin sayıqlığı nəticəsində qarşı tərəfin PUA-sı dərhal aşkarlanaraq məhv edilib.