İQTİSADİYYAT

Yenidən yüksəlir: Azərbaycan nefti 45 dollara çatır

"Brent" markalı neftin qiyməti 0,31 dollar geriləyərək 43,48 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 40,84 dollar olub.
Sputnik

BAKI, 16 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,57 dollar artaraq 44,93 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,31 dollar geriləyərək 43,48 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 40,84 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.