Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. "Qürurverici haldır ki, Azərbaycan cəmiyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yekdil fikir, rəy var. Burada yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı həmrəydir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O, vurğulayıb ki, Qarabağ Azərbaycandır və bütün işğal olunmuş torpaqlarımız Ermənistanın işğalından azad olunmalıdır: "Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan cəmiyyətində Azərbaycan xalqında yekdil fikir vardır. Təəssüf ki, Ermənistan Azərbaycana qarşı 30 ilə yaxındır ki, təcavüzü və işğalı davam edir. Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar öz real nəticələrini verməyib. Ən vacibi Azərbaycan xalqının mövqeyidir ki, həmin gündə ölkə ictimaiyyəti xalqımızın, dövlətimizin, Ali Baş Komandanın rəhbərliyi altında bu məsələdə yekdil olduğunu bir daha nümayiş etdirdi".
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanda yaşlı insanlar belə təmas xəttinə cəlb edildi: "Bu Ermənistanda mövcud olan həmçinin demoqrafiq problemin tərkib hissəsidir. Azərbaycanda bu qəbildən olan problemlər yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin komplekləşdirilməsi tam şəkildə həyata keçirilib", -deyə H.Hacıyev qeyd edib.