“Nüvə sazişində qalan üzvlərin siyasi iradəsi ilə 2015-ci ildəki balansı qorumaq üçün əməli addımlar atılmaqla nüvə sazişini xilas etmək hələ mümkündür”. Bu fikirləri İran İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ nüvə sazişinə qayıdarsa, onun bərpası mümkündür:
“Hazırda ABŞ İrana qarşı sərt siyasi mövqe sərgiləyir. Bu sərt mövqe sazişin iştirakçısı olan Avropa ölkələrinə də şamil olunur. Ona görə də, indiki şəraitdə sazişin bərpası real deyil. Əgər ABŞ-da keçiriləcək prezident seçkilərində demokratların namizədi qalib gələrsə, sazişin bərpası mümkündür”.
İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz