CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuz atəş altında: yerli sakinlər öz evlərini tərk etmək fikrində deyillər

Artıq bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət gərginləşib. Sputnik Azərbaycan-ın bölgə müxbiri ən çox atəşə məruz qalan Dondar Quşçu kəndinə baş çəkməyə müvəffəq olub.
Sputnik

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğulardan atəşə tutub. Bir neçə mərmi və onların qəlpələri dinc sakinlərin evlərinə düşüb. Hal-hazırda vəziyyət sakitdir, amma dinc əhalinin təsərrüfatına zərər dəyib. Xoşbəxtlikdən, yaralanan yoxdur.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Dondar Quşçu kəndindəki atmosferi və yerli sakinlərin öz torpaqlarını necə qorumağa hazır olduqlarını videomuzda izləyin.