12 iyuldan etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdən atəşə tutmağa çalışıb. Ermənistan təxribatı nəticəsində ordumuzun 11 zabit və əsgəri şəhid olmuş, Tovuz rayonunun Ağdam kəndinin dinc sakini həyatını itirmişdir.
Bütün Azərbaycan xalqı həmrəylik nümayiş etdirir, paytaxt küçələri isə üçrəngli bayrağımıza bürünüb. Bununla onlar Tovuzda Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini anıblar, Azərbaycan Ordusuna dəstək göstərməyə çalışıblar. Bakıdakı atmosferi videomuzda izləyin.