Yerevanda bomba həyəcanı – Göy Məsciddə partlayıcı qurğu

Yanğın-xilasetmə qrupu ilə yanaşı hadisə yerinə mühəndis-istehkam və kinoloji xidmət birlikləri də cəlb olunub.
Sputnik

BAKI, 15 iyul — Sputnik. Ermənistan Fövqəladə Hallar Nazirliyinə (FHN) İrəvan Göy məscidində partlayıcı qurğunun olmasına dair siqnal daxil olub. Sputnik Ermənistan xəbər verir ki, verilən həyəcan siqnalı nəticəsində hadisə yerinə dərhal yanğın-xilasetmə qrupu cəlb olunub.

Onlarla yanaşı hadisə yerinə mühəndis-istehkam və kinoloji xidmət birlikləri də cəlb olunub.

Qeyd edək ki, Göy məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri il tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.