Səhv etmək hüququ olmadan, canlı efirdə müsahibəni necə götürmək olar - Vebinar

SputnikPro layihəsi çərçivəsində növbəti vebinarın spikeri peşə sirlərini bölüşəcək, rəqiblər və dinləyicilər üçün maraqlı söhbətin necə qurulacağını izah edəcək.
Sputnik

BAKI, 15 iyul — Sputnik. Jurnalistin işi müsahibəni savadlı və maraqlı etmək bacarığı üzərində qurulub. Əgər çap nəşri üçün müsahibəyə əvvəlcədən rahatlıqla hazırlaşmaq mümkündürsə, canlı efirdə söhbət özündə bir sıra tələləri birləşdirir. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinar bu vəziyyətdə necə işləmək lazım gəldiyinə həsr olunacaq.

"Səhv etmək hüququ olmadan. Canlı efirdə müsahibəni necə götürmək olar" mövzusunda keçirilən onlayn-sessiyanın spikeri qismində "Rossiya seqodnya" BİA-nın biznesin inkişafı direksiyasının kompleks və xüsusi layihələr idarəsinin baş redaktoru, Sputnik radiosunun "KompAs" şousunun aparıcısı Tatyana Qolovanova çıxış edəcək.

Tatyana Rusiyanın Xalqlar Dostluğu Universitetini "beynəlxalq jurnalist" ixtisası üzrə bitirib. 2013-cü ildə "Rossiya seqodnya" BİA-da işləyir. Sputnik radiosunun rusdilli redaksiyasında iqtisadi şərhçi kimi fəaliyyətə başlayıb, prezident və hökumətin jurnalist pulunun tərkibinə daxil olub. Daha sonra media qrupunun xüsusi və tərəfdaşlıq layihələri ilə məşğul olmağa başlayıb.

Sputnik radiosunun xüsusi reportajlarının, "Romanovların son səyahəti" və "Adalar" podkastlarının müəllifidir. Aparıcı və moderator kimi Rusiya və beynəlxalq forumlarda iştirak edib. Rusiya Jurnalistlər İttifaqının Ümumrusiya müsabiqəsinin laureatı, "Rusiyanın iqtisadi dirçəlişi" və "Rusiyada sahibkarlıq: Tarix, problemlər, uğurlar" jurnalist müsabiqələrinin qalibi olub.

Vebinar zamanı Tatyana Qolovanova müsahibəyə hazırlıq qaydaları, həmsöhbətə verilən sual tipləri, diskussiya aparma metodları, jurnalistlərin qaçmalı olduğu əsas səhvlər və bir çox digər məsələlər barədə danışacaq.

"Səhv etmək hüququ olmadan. Canlı efirdə müsahibəni necə götürmək olar" mövzusunda vebinar 17 iyul, Bakı vaxtı ilə saat 14:00-da olacaq.

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər və fotoqraflar Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.