İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

"Brent" markalı neftin qiyməti 0,15 dollar artaraq 43,05 dollar, "Light" markalı neftin qiyməti isə 0,12 dollar bahalaşaraq 40,41 dollar olub.
Sputnik

BAKI, 15 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,16 dollar ucuzlaşaraq 44,36 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,15 dollar artaraq 43,05 dollar, "Light" markalı neftin qiyməti isə 0,12 dollar bahalaşaraq 40,41 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.